Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edilib


Digərləri 21 Fev 2019 11:56:00 200 0

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edilib

Bakıda 2019-cu il iyulun 21-27-də keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim edilib.

Son.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalı "Bakı 2019" Əməliyyatlar Komitəsi cırtdan və bəbiri bu tədbirin rəsmi talismanları kimi təqdim edib.

Azərbaycan dilindən tərcümədə "kiçicik" mənası daşıyan balaca oğlan cırtdan uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.