Bakı Ali Neft Məktəbində “Xoşbəxt et, Xoşbəxt ol” adlı xeyriyyə konserti keçirilib (FOTO)
Digərləri 21 Fev 2019 11:47:44 280 0
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin bir qrup tələbəsinin təşəbbüsü ilə “Xoşbəxt et, Xoşbəxt ol” (“Make happy, Be happy”) adlı xeyriyyə konserti keçirilib.
Bakı.
Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin bir qrup tələbəsinin təşəbbüsü ilə “Xoşbəxt et, Xoşbəxt ol” (“Make happy, Be happy”) adlı xeyriyyə konserti keçirilib.
Konsertdən öncə xeyriyyə məqsədilə sərgi təşkil edilib. Ali Məktəbin Tələbə Gənclər Təşkilatının ərsəyə gətirdiyi sərgidə kitablar, eləcə də əksəriyyəti tələbələrin əl işləri olan rəsm əsərləri və suvenirlər satışa çıxarılıb.
Layihə sosial yönümlü olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara tələbələrin diqqətini artırmaq və tələbələrin onlara maddi və mənəvi dəstəyini real şəkildə göstərmək məqsədi ilə həyata keçirilib. Tədbirdə BANM tələbələri ilə yanaşı, digər universitetlərin tələbələri də iştirak edib.
Mənbə: az.trend.az