Bu gündən birmərtəbəli evlərin tikintisinə icazə


Digərləri 21 Fev 2019 11:30:00 205 0

Bu gündən birmərtəbəli evlərin tikintisinə icazə

Dövlət Tikinti və Şəhərsalma Komitəsi və "ASAN xidmət" birlikdə "Ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi" üçün elektron sistem yaradıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Komitənin aparat rəhbəri Anar Quliyevin sözlərinə görə, tikintiyə icazə indikatoru üzrə Azərbaycan "Doing Business" sistemində 100 pillə irəliləyib.

Təsdiq edilən yeni qayda ilə tikintiyə icazə üzrə tələb olunan sənədlərin sayı 18-dən 7-yə, xərclər 6700 manatdan 1500 manata düşüb.

Eyni zamanda, icazənin alınması üçün vaxt 116 gündən 35 günə salınıb.