Simenoe: “Jestin rəqibə heç bir aidiyyəti yoxdur”


İdman 21 Fev 2019 11:28:00 261 0

Simenoe: “Jestin rəqibə heç bir aidiyyəti yoxdur”

Atletico-nun baş məşqçisi Dieqo Simenoe Çempionlar Liqasının 1/8 finalında Juventus üzərində qələbəni (2:0) ədəbsiz jestlə bayram etnəsinə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, mütəxəssis bu jesti fanatlarına ünvanladığını bildirib. “Yadımdadır, Lazio-Bologna matçından sonra da eyni şeyi etmişdim. İndi yenidən təkrarladım. Bunun rəqibə heç bir aidiyyəti yoxdur. Sadəcə, fanatlarımıza demək istədim ki, gücümüz var. Etiraf edirəm ki, qəbul ediləsi hərəkət deyil. Lakin hiss edirdim ki, bu cür ağır matçdan sonra bunu etməliyəm. İçimdən gəldi. Əgər kimsə bu jestə görə inciyibsə, üzr istəyirəm”,- Simeone deyib.