Azərbaycan Həştərxanda meyvətərəvəz qovşağı yaradacaq


Digərləri 21 Fev 2019 11:07:00 196 0

Azərbaycan Həştərxanda meyvətərəvəz qovşağı yaradacaq

Azərbaycanın "KDY Logistics" logistika şirkəti Rusiya Federasiyasının Həştərxan vilayətinin dəmiryolu logistika qovşağının inkişafına 2 milyard rubldan çox vəsait (26.6 milyon ABŞ dolları) yatırmağı qərara alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, şirkətin nümayəndəsi Cavanşir Məmmədov qeyd edib ki, bu, regionumuz vasitəsilə meyvə-tərəvəzin daşınma həcmini artırmaq üçün vacibdir.

O əlavə edib: "Biz 1 milyon ton meyvə-tərəvəzi və digər yükləri həmin dəmir yolu qovşağı ilə ixrac etməyi, eləcə də əks istiqamətdə idxalı planlaşdırırıq. Bu məqsədlə investisiyalarımız 2 milyard rubl təşkil edəcək".