Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən şəxs tutulub (FOTO)


Digərləri 21 Fev 2019 11:17:40 213 0

Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən şəxs tutulub (FOTO)

İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Bakı. İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.