Prezident İlham Əliyev ATƏTin Minsk qrupunun həmsədrlərini qəbul edib


Siyasət 21 Fev 2019 11:06:00 215 0

Prezident İlham Əliyev ATƏTin Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21- də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.