Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib (FOTO)


Digərləri 21 Fev 2019 11:06:00 207 0

Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgi tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması, əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyıb.