Qvardiola VAR-ı bəyəndiyini deyib


İdman 21 Fev 2019 10:49:00 262 0

Qvardiola VAR-ı bəyəndiyini deyib

Çempionlar Liqasının 1/ final mərhələsində Schalke-04 üzərində qələbədən sonra (2:3) oyunu təhlil edən Manchester City-nin baş məşqçisi Pep Qvardiola VAR sistemini bəyəndiyini deyib.

Goal.az xəbər verir ki, çalışdırıcı matçın nəticəsindən razı qaldığını bildirib. “Pis oynamadıq. Azlıqda qalsaq da, məqsədimizə çatdıq. Lakin hələ heç nə həll edilməyib. Cavab matçına hazırlaşmaq lazımdır. Daha yaxşı oyun sərgiləyəcəyimizə əminəm. Fanatlarımızı sevindirməliyik. Qapımıza hər iki qol penaltidən vuruldu. VAR sistemi ilə verilən qərar düzgün idi. Bu sistem şəxsən mənim ürəyimcədir. Mübahisəli məqamlarda köməyə çatır. Nikolas Otamendinin qovulmasına da etirazım yoxdur”, - mütəxəssis deyib.

Qeyd edək ki, cavab matçı martın 12-də Mançesterdə olacaq.