BRIT Awards:


Digərləri 21 Fev 2019 10:49:00 199 0

BRIT Awards:

Londonun Şimali Qrinviç səmtindəki "O2 Arena"da Britaniyanın musiqi sahəsində ən nüfuzlü mükafatı sayılan "BRIT Awards"ın (The Britts) təqdimat mərasimi keçirilib.

Ötən il mərasimin aparıcısı olmuş ingils komik Cek Uaytholl builki mərasimdə də səhnədə aparıcılıq edib.

Şounun açılışında amerikalı aktyor, Hollivud ulduzu Hyu Cekman "The Greatest Showman" filmindən "The Greatest Show" kompozisiyasını ifa edib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, "The 1975" qrupu "Britaniyanın ən yaxşı musiqi kollektivi" nominasiyasında qalib gəlib.

Kanadalı reper Dreyk "Ən yaxşı əcnəbi ifaçı" sayılıb.

Amerikalı Beyonse Nouls və onun əri, reper Cey Zi "Ən yaxşı əcnəbi qrup" seçiliblər.

DJ Kelvin Harris "Ən yaxşı prodüser" və "One Kiss" mahnısına görə "Britaniyanın ən yaxşı sinqli" mükafatlarını alıb.