UEFA Avropa Liqasında 1/16 final mərhələsi yekunlaşır


İdman 21 Fev 2019 09:50:00 204 0

UEFA Avropa Liqasında 1/16 final mərhələsi yekunlaşır

Bu gün Avropa Liqasında 1/16 finalın növbəti cavab qarşılaşmaları keçiriləcək.

Goal.al xəbər verir ki, baş tutacaq 15 oyundan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

İlk oyunda səfərdə BATE-yə minimal hesabla uduzan Arsenal Londonda mərhələ keçməyi hədəfləyir.

Ukraynadakı qarşılaşmada qollu bərabərliyə razılaşan Eintracht-la Şaxtyor-un növbəti dueli də maraqlı mübarizə vəd edir.

Zenit də İstanbulda Fenerbahçe-dən aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq haqqında düşünür.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi daha bir oyunda Galatasaray Benfica-ya qonaq olacaq. “Cimbom” evdə məğlub olsa da, səfərdən turu keçərək dönmək istəyir.

21 fevral

Avropa Liqası

1/16 final, cavab oyunları

21:55. Arsenal – BATE

İlk oyun – 0:1

21:55. Dinamo Zagreb – Viktoria

İlk oyun – 1:2

21:55. Eintracht – Şaxtyor

İlk oyun – 2:2

21:55. Napoli – Zürich

İlk oyun – 3:1

21:55. Salzburg – Brügge

İlk oyun – 1:2

21:55. Valencia – Celtik

İlk oyun – 2:0

21:55. Villareal – Sporting

İlk oyun – 1:0

21:55. Zenit – Fenerbahçe

İlk oyun – 0:1

00:00. Benfica – Galatasaray

İlk oyun – 2:1

00:00. Betis – Renn

İlk oyun – 3:3

00:00. Chelsea – Malmö

İlk oyun – 2:1

00:00. Dinamo Kiev – Olympiacos

İlk oyun – 2:2

00:00. Genk – Slavia

İlk oyun – 0:0

00:00. İnter – Rapid

İlk oyun – 1:0

00:00. Bayer Leverkusen – Krasnodar

İlk oyun – 0:0