Samsung yeni smartfonları və saatları


Digərləri 21 Fev 2019 10:19:03 246 0

Samsung yeni smartfonları və saatları

Cənubi Koreyanın "Samsung" şirkəti "Samsung Galaxy S10+" brendli yeni qabaqcıl model təqdim edib.

Son.az bildirir ki, açılan və qatlanan ekran smartfonun üst səthini tam əhatə edir. Smartfonun kameraları simsiz texnologiyalar vasitəsilə displeyə quraşdırılıb. Ekran "Dynamic Amoled" texnologiyası sayəsində indiyədək bütün smartfonlar arasında ən yüksək keyfiyyətli rəngvermə qabiliyyəti ilə təchiz edilib.

"Samsung Galaxy S10+" smartfonu ön və arxa panelli iki kameraya malikdir. Arxa panel kamera üç moduldan ibarətdir: 12 meqapikselli enlibucaqlı obyektiv, peyzaj çəkilişləri üçün 16 meqapikselli ultraenlibucaqlı modul və 12 meqapikselli adi obyektiv. Ön kameraya 10 və 8 meqapikselli iki blok daxildir.

Kamera çəkiliş üçün ən əlverişli bucağı və səviyyəni avtomatik müəyyənləşdirəcək. Həmçinin smartfon "HDR 10+" keyfiyyətli videolar çəkəcək.

Bildirilir ki, yeni simsiz enerjidoldurma texnologiyası sayəsində bir smartfonun akkumulyatorunu digəri ilə doldurmaq mümkün olacaq. Bundan əlavə, onu müxtəlif qurğuların, məsələn, qulaqcığın enerji toplaması üçün tətbiq etmək olar. Batareyanın işləmə müddəti əvvəlki modellə müqayisədə 25 faiz çox işləyəcək.

Smartfon iki SİM kartdan istifadəni dəstəkləyir.