Hüseyn Dəryanın qızı: "Həqiqətləri öyrənə bilmədən atamı itirdim, qardaşım DNT analizi versin”


Şou-biznes 21 Fev 2019 10:04:00 328 0

Hüseyn Dəryanın qızı: "Həqiqətləri öyrənə bilmədən atamı itirdim, qardaşım DNT analizi versin”

Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə “Bizimləsən” proqramında müzakirələrə səbəb olacaq açıqlama verib

Mərhum repçi Hüseyn Dəryanın qızı Aişə "Bizimləsən" proqramında müzakirələrə səbəb olacaq açıqlama verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, canlı efirdə atasının Sona İbadova ilə evliliyindən doğulan oğlu Cahangir barədə şok iddia ortaya atıb.

Aişə Cahangirin DNT analizi verməsini, onun qardaşı olub-olmamasını öyrənmək istədiyini qeyd edib: "Mənə təsir edən o oldu ki, həqiqətləri öyrənə bilmədən atamı itirdim. Bu illər ərzində ağlımda suallar qaldı. Anam efir insanı deyil. 17-18 ildə anamın kim olduğunu heç kim görməyib.