"O tapşırığı mən vermişəm"


Dünya 21 Fev 2019 09:36:00 202 0

"O tapşırığı mən vermişəm"

ABŞ prezidenti Donald Tramp bildirib ki, İŞİD döyüşçüsünün arvadı, ABŞ vətəndaşı olduğunu iddia edən Xoda Mutananın Birləşmiş Ştatlara buraxılmaması barədə göstərişi o, özü verib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Mən dövlət katibi Maykl Pompeoya tapşırdım və o, Xoda Mutananı ölkəyə buraxmamaqla tam razıdır", - deyə Tramp yazıb.