Tramp KXDR əleyhinə sanksiyaların ləğvinə hazır olduğunu bildirib


Dünya 21 Fev 2019 08:53:00 212 0

Tramp KXDR əleyhinə sanksiyaların ləğvinə hazır olduğunu bildirib

ABŞ prezidenti Donald Tramp müəyyən şərtlərlə Koreya Xalq Demokratik Respublikası (KXDR) əleyhinə sanksiyaları ləğv etməyə hazır ouğunu bildirib

Son.az "Report"a istinadən bildirir ki, Trampın sözlərinə görə, əgər Şimali Koreya tərəfindən cavab addımları görsə, bu ölkə əleyhinə məhdudiyyətləri ləğv edəcək. Prezident əlavə edib ki, Koreya Xalq Demokratik Respublikasının yerləşdiyi yerə görə böyük iqtisadi potensialı var.

Qeyd edək ki, Trampla KXDR lideri Kim Çen Inın birinci görüşü 2018-ci ilin 12 iyununda Sinqapurda keçirilib.