Muğam Mərkəzində musiqi məktəbinin konserti keçirilib (FOTO)


Digərləri 21 Fev 2019 08:51:15 216 0

Muğam Mərkəzində musiqi məktəbinin konserti keçirilib (FOTO)

Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib

Bakı. Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin “Ana Vətən” adlı konsert proqramı təşkil olunub. Trend-in məlumatına görə, tədbirdən öncə foyedə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfininin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhər əhalisi iştirak edib.