Məşhur analitik Applenin məhsullarından


Digərləri 21 Fev 2019 08:46:00 195 0

Məşhur analitik Applenin məhsullarından

Məşhur analitik Ming-Chi Kuo investorlara Apple şirkətinin 2019-cu il üçün olacaq məhsulları barəsində proqnozlarını verib. Bu barədə Macdigger saytı xəbər verib. Beləliklə məşhur analitikin proqnozlarına əsasən şirkət bu il yeni iPad modellərini, 16 düym ekrana sahib MacBook Pro modelini, 36 düym ekrana sahib 6Kekranını və s. məhsulları təqdim edəcək. İlk olaraq analitik qeyd edib ki, bu ilki iPhone modelləri iPhone XS və iPhone XR modellərinin ölçülərinə sahib olacaqlar. Bu isə o deməkdir ki, bu ilki iPhone modelləri 6.5 düym, 6.1 düym və 5.8 düym ekran ölçülərinə sahib olacaqlar.

Son.az technote.az-a istinadən bildirir ki, hər 3 iPhone modeli USB-C girişi ilə deyil Lightning girişi ilə təchiz olunacaq. Onun verdiyi məlumata əsasən bu ilki iPhone modelləri həmçinin şüşə materialdan hazırlanmış gövdəyə, naqilsiz şarj texnologiyasına (bu ilki iPhone-lar bu texnologiya ilə digər cihazları da şarj edə biləcəklər), təkmilləşdirilmiş Face ID texnologiyasına, böyük batareya həcminə və üç linzalı kamera modullarına sahib olacaqlar. Analitik həmçinin güman edir ki, bu il təkmilləşdirilmiş prosessorlara sahib yeni iPad Pro modelləri işıq üzü görəcəklər.