Dakkada yanğın zamanı 56 nəfər həlak olub


Dünya 21 Fev 2019 08:08:00 218 0

Dakkada yanğın zamanı 56 nəfər həlak olub

08:08

Banqladeşin paytaxtı Dakkada dördmərtəbəli yaşayış binasında baş verən güclü yanğın zamanı ölənlərin sayı 56 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Banqladeşin Yanğın əleyhinə Xidmətinin əməkdaşı Zülfüqar Rəhman bildirib.

"İndiki vaxta qədər 56 cəsəd çıxarılıb. Say arta bilər, çünki axtarışlar hələ davam edir", - deyə o bildirib.

Daha əvvəl hadisə zamanı 44 nəfərin həlak olduğu bildirilirdi.

04:19

Banqladeşin paytaxtı Dakkada dördmərtəbəli yaşayış binasında yanğın zamanı azı 41 nəfər həlak olub.