Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub (FOTO)


Digərləri 21 Fev 2019 05:58:00 219 0

Xocalı məktəbində “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub (FOTO)

Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib.

Bakı. Vüqar İmanov - Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib. Bunu Trend-ə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Onun sözlərinə görə, təqdimat AQSİA-nın köməkliyi ilə təşkil edilib. “Xocalı: Şahidlər danışır” kitabı 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib, daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim edilib. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri, ictimai xadimlər iştirak ediblər.