Günün qoroskopu: Ailə problemi düşündüyünüzdən də ciddidir


Digərləri 21 Fev 2019 00:01:00 225 0

Günün qoroskopu: Ailə problemi düşündüyünüzdən də ciddidir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Maraq dairənizdə olan işə nə qədər tez başlasanız, bir o qədər yaxşı nəticələrə nail ola bilərsiniz. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Yeni müttəfiq və ya tərəfdaş qazana bilərsiniz. Qohumlarla çoxdankı anlaşılmazlıqlardan birinə son qoymaq, sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq imkanları var.

Səhhətinizə fikir verin. Sağlamlıqda problemlər riski var. Uzun müddət sükan arxasında olmayın. Ağır fiziki işdən imtina edin.

Buğa - Yeni tanışlıqlar asanlıqla yaranır. Maraqlı insanlarla tanış ola bilərsiniz. Yaşamınızda önəmli rol oynaya biləcək yeni təmas formalaşa bilər. Sevdiyiniz, rəğbət bəslədiyiniz insanları xoş xəbərlərlə sevindirin.

Maliyyə durumu yaxşı deyil. Nəzərdə tutulmamış xərclər, itkilər ola bilər. Borc aldığınız insanlar pullarını istəyirlər. Köhnə borcları qaytarın. Yaşlı qohumlarla problemlər ola bilər. Onlar ideyalarınızı dəstəkləmir, sizi sərt tənqid edirlər.

Əkizlər - Pərişanlıq və təəssüf, itkilər istisna deyil. Etibar etdiyiniz, güvəndiyiniz insanlar etimadınızı doğrultmayacaqlar. Olayların əlverişsiz inkişaf məcrası sizi planları sürəkli dəyişməyə, səbirsizliklə gözlədiyiniz görüşləri təxirə salmağa vadar edəcək. Ailədə mübahisə, yaşlılarla münaqişə riski var.

İş və ya kommersiya fəaliyyəti ilə bağlı xoşagəlməz xəbərlər alacaqsınız. Maliyyə və əmlak məsələlərini həll etmək, alış-verişə yollanmaq, anlaşma və ya sövdələşməni nəzərdən keçirmək məsləhət deyil.

Xərçəng - Qeyri-standart qərarlar günüdür. Pozmaq istəmədiyiniz qayda yoxdur. Ehtiyatlı və məntiqli olun. Eksperimentlərə vaxt sərf edərək əsas məqsəddən yayınmayın.

Şəxsi münasibətlərdə harmoniya hökm sürür. Yaxınlarınızla dil tapın, onların təlaş və ya sevinclərini bölüşün. Yardıma ehtiyac duyan insana kömək edin. Maraqlı və sadə işlərlə məşğul olun. Yeni tanışlıqlar üçün əlverişli zamandır.

Şir - İşgüzar təmaslar, danışıqlar, müqavilə və anlaşmalar, təşkilati məsələlərin həlli üçün əlverişli zamandır. İşlər və yerinə yetiriləsi tapşırıqlar, həllini gözləyən məsələlər çox olsalar da, özünüzü itirməyin. Heç nəyi diqqətdən qaçırmayın, səhvlərə yol verməyin. Gəlirlər ola bilər.

Yaxınlarınızla həmişə dil tapmaq olmur. Bir qədər kritik davranın, başqalarının nöqsan və zəifliklərini ifrat dərəcədə qabartmayın. Yaxınlarınızdan kimsə sizi tənqid edəndə aqressiv və sərt davranmayın.

Qız - Qeyri-adi işlər və yeniliklər, qəfil məlumatlar zamanıdır. Uzaq səfər və ya səyahətə yollanmaq olar. Sonuc uğurludur. İşgüzar tərəfdaşla fikir ayrılıqlarına son qoymaq, işdə rəhbərliklə münasibətləri normallaşdırmaq şansları var.

Bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişli zamandır.

Günün ikinci yarısında xoş əhvalı qorumaq asan deyil. Buna rəğmən emosional olmayın, yad təsir altına tez düşməyin, neqativ təmayüllərin qurbanı olmayın. Diqqətli davranın. Mühüm xəbər almaq, planlarınızı reallaşdırmağa imkan verəcək informasiyaya yiyələnmək şansları var.