Ürəyinizin qəfil dayanacağından xəbər verən 9 əlamət


Digərləri 20 Fev 2019 23:54:00 261 0

Ürəyinizin qəfil dayanacağından xəbər verən 9 əlamət

Hər il qəfil ürək dayanmasından 18 milyon insan dünyasını dəyişir. Lakin vaxtında həkimə müraciət etməklə bu ölümün qarşısını almaq mümkündür. Bunun üçün isə xəstəliyin əlamətlərindən xəbərdar olmaq lazımdır. 

Son.az medicina.az-a istinadən həmin əlamətləri təqdim edir: 

1. Sinə nahiyəsində olan narahatlıq 

Bu əlaməti dəqiq təsvir etmək mümkün deyil. Bəziləri sinədə yüngül ağrı, bəziləri ilə sıxılma və təzyiq, digərləri isə yanğı hiss edirlər. Hər 3 halda  terapevtə müraciət edərək elektrokardioqramma və USM müayinəsindən keçmək tələb olunur. Əgər ağrı çox güclüdürsə, o zaman təcili tibbi yardım çağırın. 

2. İştahanın itməsi, ürək bulanma, mədə ağrısı 

Mədə pozulmasının bir çox səbəbləri ola bilər. Bəzən isə həzm sisteminin pis fəaliyyət göstərməsinin səbəbi onların az qanla təchiz olunmasıdır. Qan təchizatının pozulması ürəyin işinin zəifləməsindən xəbər verir. Əgər ürəyiniz səbəbsiz yerə bulanırsa və sinə nahiyənizdə narahatlıq hiss edirsinizsə, o zaman mütləq həkimə müraciət edin. 

3. Sol qola vuran ağrı 

Ürəkdən və sol qoldan çıxan sinirləri beynin eyni zonası idarə edir. Nəticədə də beyin ürəyin və ya qolun ağrıdığını ayırd edə bilmir. Əgər sizin sol qolunuz səbəbsiz yerə ağrıyırsa bu infarkt əlaməti ola bilər. Qeyd edək ki, sol qolda güclü ağrılar müşahidə edilməyə başlanılan kimi bir neçə dəqiqə ərzində təcili yardıma xəbər verilməlidir.  

4. Aşağı çənə və dişlərdə ağrılar 

Bu halda da beyin ürəyin yoxsa dişlərin ağrıdığını müəyyən etməkdə çətinlik çəkir. Tibdə hətta insanların ağrıdan qurtulmaq üçün ard-arda dişlərini çəkdirmələri faktları da məlumdur.