"Qənaətli ağ elektrik lampaları uşaqlarda görmə zəifliyi yaradır" Məktəb və evdə olan təhlükə


Digərləri 20 Fev 2019 23:58:00 238 0

"Qənaətli ağ elektrik lampaları uşaqlarda görmə zəifliyi yaradır"  Məktəb və evdə olan təhlükə

Sən demə, adi elektrik lapmasının da gözlərimizə təsiri var.

Son vaxtlar işığa qənaət etmək üçün sarı işıq yayan elektrik lampalarından " qənaətli" ağ işıq lampalarına kütləvi şəkildə keçid insanların gözünə mənfi təsir etməkdədir.

Məktəbyaşlı uşaqların gözlərində yaranan quru göz sindromu, uzaqdan görmə pozulması, görmə zəfliyi kimi problemlərin səbəbləri barədə çox fikirlər səslənməkdədir.

Sən demə, adi elektrik lapmasının da gözlərimizə təsiri var.

Son vaxtlar işığa qənaət etmək üçün sarı işıq yayan elektrik lampalarından " qənaətli" ağ işıq lampalarına kütləvi şəkildə keçid insanların gözünə mənfi təsir etməkdədir.

Son.az bildirir ki, bu barədə medicina.az-a məlumat verən oftalmoloq həkim Sevinc Babayeva məktəblərdə və evdə işıqlandırma qaydalarının pozulmasının fəsadlarından danışdı.

"Görmə zəiflikləri içərisində qazanılmış uzaqgörmə zəifliyi xüsusən məktəbyaşlı uşaqlarda və gənclərdə çox aşkarlanır. Əsasən yorğunluqdan, dərs yükündən, yaxına baxmaqdan, telefona, kompüterə çox baxmaqdan, işdən, dərsdən sonra yarıqaranlıq evdə, otaqda uzanılı vəziyyətdə qalmaqdan, yatanda da telefona baxmaqdan yaranır.

Onsuz da dərs yükü ağır olan uşaqlar məktəbdə saatlarla sinifdə oturaq, beli, boynu əyilmiş vəziyyətdə qalır, tənəffüsdə həyətə çıxmırlar, evdə də eyni şərait.

Hazırda bağçalarda, məktəblərdə, evlərdə " led lampalar"-dan, qənaətli elektrik lampalarından istifadə olunur. O da ətrafa ağ işıq yayır. Bu işıqlar isə göz dibini qıcıqlandırır.