Halvanın qadınlar üçün faydaları Həm şirniyyat, həm də maska


Digərləri 20 Fev 2019 23:42:00 277 0

Halvanın qadınlar üçün faydaları  Həm şirniyyat, həm də maska

Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir və istifadə edilir.  Klassik halvanın tərkibində günəbaxan tumundan hazırlanır. Amma son zamanlarda küncütdən, badamdan hazırlanan halvalara da rast gəlmək olar. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu şirniyyat mikro və makroelementlərlə çox zəngindir. Bundan əlavə onun tərkibində insanın əhvalına müsbət təsir edən maddələr də mövcuddur. Bu dadlı ərzaq məhsulunda həm də qida lifləri və maltoza maddəsi var.

Halvanın qidalılıq dəyəri 100 qr-da 550 kkal edir. Onun tərkibində xolesterinin miqdarı 0-a bərabərdir. 

Şərq ölkələrində bu şirniyyat növündən əsasən orqanizmi gücləndirmək məqsədilə istifadə edilir. Ağızda əriyən bu dadlı şirniyyat soyuqdəymənin ilkin əlamətləri zamanı immuniteti artırmaq və baş ağrılarını aradan qaldırmaq üçün istifadə edilir.