Altsheymer xəstəliyini aldatmağın yolları İnanılmaz üsullar


Digərləri 20 Fev 2019 23:30:00 235 0

Altsheymer xəstəliyini aldatmağın yolları  İnanılmaz üsullar

Biz texnologiyanın ən yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə yaşayırıq. İstehsal edilən qadjetlər həyatımızı yüngülləşdirir. Amma eyni zamanda beynin işi ilə bağlı xəstəliklərin sayı da gün-gündən artır.  Artıq çox insanda 60 yaşdan sonra yaddaş zəifliyi və dağınıq düşüncə meydana gəlir. Bu xəstəliklərdən ən çox yayılanı isə Altsheymer xəstəliyi hesab edilir. 

Mütəxəssislər bildirirlər ki, Altsheymer xəstəliyinin profilaktikasında sınanılmış üsullar mövcuddur.

Son.az medicina.az-a istinadən həmin üsulları təqdim edir: 

Göstəricilərə görə, insan əli ilə yazdıqda beyni sürətlə işləyir. Bu zaman yalnız barmaqlar deyil, həm də gözlər də fəaliyyətdə olur.  Bütün bunlar psixi funksiyaların artmasına gətirib çıxarır. Yazmağın faydaları böyükdür.  20 dəqiqə yazı yazmaq:   1. Emosiyaları canlandırır 

Yazı yazarkən emosiyalar işə düşür. Buna görə də, psixoloqlar insanlara çox zaman fiziki gərginliyi aradan qaldırmaq üçün yazı yazmağı məsləhət görürlər. Buna görə də gündəlik tutmaq və hadisələri gündəliyə köçürtmək insanı yüngülləşdirir. Yazı yazaraq, beynin normal funksiyası üçün stressdən azad olmağa nail olmaq mümkündür. 

2. Yaddaş

Əl ilə yazdıqda beynin psixomotor funksiyasını idarə edən hissə fəaliyyətə keçir. Bundan əlavə, yaza yazaraq yaddaşı artırmaq da mümkündür. Çünki insan yazarkən hərifləri  və rəqəmləri xatırlayır. Klaviaturada işləyərkən isə bu avtomatik şəkildə baş verir. 

3. Kiçik motorika 

Əl ilə yazı yazarkən beyin yarımkürələrinin hər ikisi birdən işləyir.  Uşaqlarda bu proses daha sürətli gedir. Amma böyüklərdə onu həmişə işə salmaq tələb olunur. Altsheymerin proflaktikasında tikmək, toxumaq, hörgü hörmək böyük rol oynayır.