Bakıda anasını və qardaşını yandıran şəxs təkrar ekspertizaya göndərildi


Digərləri 20 Fev 2019 22:30:57 168 0

Bakıda anasını və qardaşını yandıran şəxs təkrar ekspertizaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatət qaldıran təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. Vəkil V.Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. V.Kolosov təkrar ekspertizaya göndərilib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.