Cənubi Koreya martda 5G şəbəkəsinin kommersiya istifadəsinə başlayacaq


Digərləri 20 Fev 2019 22:20:00 232 0

Cənubi Koreya martda 5G şəbəkəsinin kommersiya istifadəsinə başlayacaq

Cənubi Koreya dünyanın 5G şəbəkəsinin kommersiya istismarına başlayan ilk ölkəsi olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Cənubi Koreya baş nazirinin iqtisadi məsələlər üzrə müavini, planlaşdırma və maliyyə naziri Hon Nam Gi məlumat verib.

Qeyd olunur ki, 5G texnologiyası ötən ilin fevral ayında Pxençxan şəhərində qış Olimpiadası zamanı kütləvi şəkildə sınaqdan keçirilib. Yüksək sürətə malik 5-ci nəsil mobil əlaqənin kommersiya istismarına isə mart ayında başlamaq planlaşdırılır. Nazirin sözlərinə görə, Cənubi Koreyanın ən iri üç mobil operatoru - "SK Telecom", KT və "LG Uplus" 5G-nin 2019-cu ildə bütün ölkə ərazisində tətbiq olunması üçün 3 trilyon von (2,6 milyard dollar) vəsait ayıracaq.