Yaponiyada yaşayan əcnəbilər arasında sorğu aparılacaq


Dünya 20 Fev 2019 22:08:00 202 0

Yaponiyada yaşayan əcnəbilər arasında sorğu aparılacaq

Yaponiya hökuməti apreldə ayından etibarən əcnəbi işçilərin ölkəyə çox sayda qəbulu ilə əlaqədar hazırlıq işləri çərçivəsində hazırda bu ölkədə yaşayan əcnəbilər arasında sorğu aparmağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın məqsədi əcnəbilərlə əlaqədar vəziyyəti araşdırmaqdır. Qeyd edilir ki, tədqiqat zamanı Yaponiyada yaşayan əcnəbilərə sorğular əks olunan anket göndəriləcək. Bu suallar arasında onların gündəlik həyatlarında qarşılaşdıqları çətinliklər, xoşagəlməz hallar xüsusi yer tutacaq. Anketdə, həmçinin əcnəbilərin Yaponiyada olduqları müddətdə diskriminasiya halları ilə qarşılaşmaları barədə sual veriləcək.