Ərdoğan: "Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi..."


Dünya 20 Fev 2019 21:14:00 181 0

Ərdoğan: "Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi..."

Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır. Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan miqrasiya məsələlərinə həsr olunmuş "Budapeşt prosesi" forumunda deyib.

Dövlət başçısı bildirib ki, hazırda Türkiyədə 100 minə yaxın erməni yaşayır, onlardan 40 mini Türkiyə vətəndaşıdır:

"Türkiyə iqtisadi böhrana görə öz ölkələrindən qaçmağa məcbur olan erməniləri qovmur".

R.T.Ərdoğan vurğulayıb ki, buna baxmayaraq, Qərb ölkələrində, o cümlədən Avropada 1915-ci il hadisələri ilə bağlı antitürk təbliğatı aparılır.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, 2018-ci ildə Ermənistandan Türkiyəyə 51,8 min turist gəlib. Bu, 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,37 faiz çoxdur.