Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb


Digərləri 20 Fev 2019 20:11:00 223 0

Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb

19-20 fevral 2019-cu il tarixlərində Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) birinci iclası keçirilib.

Son.az bildirir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - X.A.Xələfov), İran İslam Respublikasının (rəhbəri - R. Nəzər Ahari), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - I.B.Bratçikov) və Türkmənistanın (rəhbəri - M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul etdilər.

Tərflər Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsini apardılar, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirdilər, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verdilər.