Şirniyyatı sevən bəzi insanlar niyə kökəlmir?


Digərləri 20 Fev 2019 20:14:00 226 0

Şirniyyatı sevən bəzi insanlar niyə kökəlmir?

Bəzi insanlar şirniyyatı və karbohidratlı yeməkləri xoşlasalar da, qamətləri şux qalır. Ekseter və Kopenhagen Universitetlərindən olan mütəxəssislərin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, bu, həmin insanların genetikası ilə bağlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, belə bir genetik xüsusiyyətin mövcud olmasını sübut edən tədqiqatların nəticələri "Cell Reports" jurnalında dərc edilib.

Adətən piylənməni çoxlu şirniyyat yeməklə əlaqələndirirlər. Orqanizmin karbohidragentləri mənimsəməsinin fizioloji mexanizmi elədir ki, bu maddələrin çox qəbul edilməsi piy toxumasının qalınlaşmasına səbəb olur. Lakin bəzi insanların genləri şirniyyatdan kökəlməməyə imkan verir.

Anadangəlmə şirniyyata meylli insanların genlərinin öyrənilməsi məqsədilə 450 min insan üzərində tədqiqat aparılıb. Müəyyən edilib ki, anadangəlmə şirniyyata meylli insanlar FGF21 geninin daşıyıcılarıdır və bu gen həmin insanların kökəlməməsinə imkan verir.