Dəhşətli bəla insan ayağı dəyməyəm yerə də çatdı


Digərləri 20 Fev 2019 20:09:00 275 0

Dəhşətli bəla insan ayağı dəyməyəm yerə də çatdı

Dünyanın ən əlçatmaz yerlərindən biri sayılan Arktika da çirklənməyə başlayıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Arktikada kimyəvi maddələrin izləri tapılıb.

Kanadanın vəhşi təbiətin mühafizəsi xidmətinin əməkdaşları Nunavut regionunun Şahzadə Leopold adasında fırtınaquşu ailəsindən olan quşlardan birinin yumurtalarını götürüblər və yumurtada kimyəvi maddə izi aşkar ediblər. Tapılan maddələr daha çox plastikə əlavə edilir.

Güman edilir ki, quşlar bu maddəni balıq və ya digər dəniz canlılarını ovlayarkən udublar. Kimyəvi maddə daha sonra mədədən qana və oradan da yumurtaya keçib.