Diqqət: Uşaqlara sakitləşdirici dərmanlar verməyin!


Digərləri 20 Fev 2019 19:54:00 274 0

Diqqət: Uşaqlara sakitləşdirici dərmanlar verməyin!

"Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil". 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, uşaq kardioloqu Elşən Rzayev belə deyir. 

Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir. E.Rzayevin sözlərinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər.

"Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək  qətiyyən düzgün deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır" - Rzayev vurğulayır.