Anasını və qardaşını yandıran şəxsin işi


Kriminal 20 Fev 2019 19:49:00 339 0

Anasını və qardaşını yandıran şəxsin işi

Bakıda anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Elxan Xudaverdiyev vəsatət verib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin psixi problemlərinin olduğunu deyib. O, bildirib ki, Vitali Kolosovun psixi durumunun yoxlanılması üçün təkrar ekspertiza təyin olunmalıdır.

Məhkəmə vəsatəti təmin edib və təqsirləndirilən şəxsin barəsində təkrar ekspertizaya təyin olunması barədə qərar verilib.

Məhkəmə ekspertizanın keçirilməsi üçün ekspertlər qarşısında bir neçə sual qoyub və həmin sulların yoxlanılması üçün iş materialları ekspertizaya göndərilib.

Ekspertin rəyi verilənə kimi proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl baş tutan prosesdə çıxış edən prokuror Vitali Kolosovun 19 il azadlıqdan məhrum edilməsini istəyib.