Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olublar FOTO


Digərləri 20 Fev 2019 19:01:00 240 0

Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olublar  FOTO

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri fevralın 20-də Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər.

Nazirlikdən Son.az-a verilən məlumata görə, "İqlim" Elmi İstehsalat müəssisəsini və Elektron Hesablayıcı Maşınlar (EHM) zavodunu ziyarət edən nümayəndələr hər iki müəssisə ilə yaxından tanış oldu və istehsal prosesini izləyiblər.

İlk əvvəl nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunu ziyarət edən hərbi attaşelərə müəssisənin fəalliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Nümayəndələr EHM zavodunda təşkil olunmuş Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlarla bağlı sərgiyə baxıblar, nümayiş etdirilən hər bir məmulatı böyük maraqla qarşılayıblar. Hərbi attaşelər zavodda hal-hazırda ixrac məhsulu kimi istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini də izləyiblər.

Sonra hərbi attaşelər istesal gücü yüksək olan, daha çox çeşiddə hərbi təyinatlı məhsul istehsal edən "İqlim" Elmi İstehsalat müəssisəsində olublar. Müəssisə ilə yaxından tanış olan nümayəndələrə istehsalı reallaşmış və artıq seriyalı istehsalı həyata keçirilən atıcı silahlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilir və ixracı həyata keçirilir.


Xəbərə aid fotolar