Yasamalda kompüter oyunları zalında oğurluq olub (FOTO)


Digərləri 20 Fev 2019 18:53:00 174 0

Yasamalda kompüter oyunları zalında oğurluq olub (FOTO)

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə A.Şərifzadə küçəsindəki kompüter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Bakı. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə A.Şərifzadə küçəsindəki kompüter oyunları zallarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, fevralın 9-da günorta saatlarında həmin oyun zalına gəlmiş 2 gənc oyun kabinetlərindən birini rezerv ediblər. Bir neçə saat oyun oynayan gənclər müxtəlif yeməklər və enerji içkiləri də sifariş veriblər. Saat 17 radələrində oradakı 750 manat dəyərində “playstation” aparatını və 120 manat dəyərində orijinal oyun diskini geyimlərinin içində gizlətməklə oğurlayaraq zaldan qaçıblar. 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran rayon sakini Nahid Mənsimov və Biləsuvar rayon sakini Tural Quluzadə olduqları müəyyən edilib.