Mourinyo istefalardan 51 milyon qazanıb


İdman 20 Fev 2019 18:32:00 280 0

Mourinyo istefalardan 51 milyon qazanıb

Portuqaliyalı mütəxəssis Joze Mourinyo məşqçilik karyerasında 3 dəfə istefa veməli olub. Bu istefalar ona külli miqdarda gəlir gətirib.

Chelsea-da işlədiyi 3 il ərzində kluba 2 dəfə İngiltərə çempionluğunun sevincini yaşadıb. Həmçinin komandanı 2 dəfə ÇL-nin yarımfinalına daşıya bilib. Bununla belə, London təmsilçisindən ayrılmalı olub. Klub rəhbərliyinin Frenk Arensen və Avraam Qranta həddindən çox səlahiyyət verməsi Jozenin xoşuna gəlmirdi. Həmçinin Andrey Şevçenko ilə Mixael Ballakın transferinə qarşı çıxırdı. Baş məşqçinin mərkəz müdafiəçisi əldə etmək tələbinə rəhbərlik əməl etməmişdi. Bütün bunlar portuqaliyalının səbr kasasını doldurdu və o, 2007/08 mövsümündə “zadəganlar”dan ayrıldı. 23 milyon funt kompensasiya almağı da unutmadı. Joze 2015- də yenidən London təmsilçisinə baş məşqçi gətirildi. 2014/15 mövsümündə Chelsea-ya ölkə çempionluğu qazandırdı. Mövsüm ərzində komanda cəmi 3 oyunda məğlub oldu. Hər şeyin yaxşı getdiyi bir vaxtda problemlər başladı. Yeni mövsümün əvvəllərində Yeva Karneyro və Eden Hazardla qalmaqal yaşandı. Dekabr ayının ortasına qədər isə Chelsea 16 matçdan 9-da uduzdu. Leicester-ə məğlubiyyət (2:1) Mourinyonun istefasında son halqa oldu. Portuqaliyalı oyundan sonra bildirdi ki, komanda ona xəyanət edib. 3 gündən sonra Chelsea-nın prezidenti Bryus Bakla 10 dəqiqəlik görüş Mourinyonun istefası ilə başa çatdı. İstefa öna 8,3 milyon funt qazandırdı.

Portuqaliyalının növbəti klubu Manchester United oldu. Klubun ardıcıl uğursuzluğu baş məşqçinin istefasını yaxınlaşdırdı. Ölkə çempionatında “qırmızı şeytanlar”ın Liverpool-a məğlubiyyəti (0:3) istefanı reallaşdırdı. “Enfild”də Ed Vudvord, Aleks Fergüsson və Morunyonun uzun sürən görüşü keçirildi. İki gün sonra Ed Vudvordla növbəti görüşdə Mourinyo qovulduğunu eşitdi. Portuqaliyalı və onun məşqçilər korpusu 19,6 milyon funt təzminat aldı.

Mourinyo yalnız Real-dan ayrılanda pul qazanmayıb. 2013-də müqavilənin ikitərəfli qaydada pozulması onu , bəlkə də, kədərləndirib. İstefaya göndərilsəydi, “Santyaqo Bernabeu”dan 17 milyon avro kompensasiya ilə ayrılacaqdı.