Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər (FOTO)


Digərləri 20 Fev 2019 18:33:06 282 0

Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübədədirlər.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübədədirlər. ADU-dan Trend-ə verilən məlumata görə, fevralın 19-da pedaqoji təcrübə rəhbəri və təcrübəçi müəllimlər məktəb kollektivinə və şagirdlərə təqdim edilib. Məktəbin direktoru Zamin Həziyev pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim və tarixi hadisə adlandırıb. Buna görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkür edən direktor ümidvar olduğunu bildirib ki, xüsusi həssas bölgədə pedaqoji təcrübə keçən tələbələrin yaddaşında bu günlər hər zaman xoş xatirə kimi qalacaq. ADU kollektivinin Cocuq Mərcanlı kənd məktəbinə gəlişi böyük sevinclə qarşılanıb. İlk dərslərdən sonra şagirdlər təcrübəçilərə isti münasibət və böyük maraq göstəriblər.