Milli Məclisdə “Könüllülər Parlamenti Azərbaycan2019” layihəsinin iştirakçıları ilə görüş keçirildi


Digərləri 20 Fev 2019 18:21:00 203 0

Milli Məclisdə “Könüllülər Parlamenti  Azərbaycan2019” layihəsinin iştirakçıları ilə görüş keçirildi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Könüllülər Parlamenti - Azərbaycan-2019" layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsin üzvləri Məlahət İbrahimqızı və Elşən Musayev iştirak edib.

A.Mirzəzadə parlamentin fəaliyyəti ilə bağlı gənclərə məlumat verib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycanda gənclər üçün lazım olan şərait yaradılır: