Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək


Kriminal 20 Fev 2019 18:24:00 330 0

Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək

Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib.

Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, "Kiyevskaya Rus" kinoteatrının yaxınlığındakı bağa veriləcək.