Bakıda valideynlər məktəbdə bir gün keçirib (FOTO)


Digərləri 20 Fev 2019 18:09:36 271 0

Bakıda valideynlər məktəbdə bir gün keçirib (FOTO)

Bu gün Bakı şəhəri 283 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib.

Bakı. Bu gün Bakı şəhəri 283 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib. Trend-in məlumatına görə, layihənin məqsədi valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığını təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin qurulması olub. Tədbirin rəsmi hissəsini məktəbin direktoru Tünzalə Zeynalova açaraq təhsil müəssisəsinin 2018-2019-cu tədris ili üçün fəaliyyət planından və istiqamətlər üzrə görülən işlərin hesabatını verib.