Rezidenturaya sənəd qəbulu fevralın 21dək davam edəcək


Digərləri 20 Fev 2019 17:37:00 340 0

Rezidenturaya sənəd qəbulu fevralın 21dək davam edəcək

Bu gün saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib.

Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 21 fevral saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.