Messi İnyestaya çatdı


İdman 20 Fev 2019 17:33:00 231 0

Messi İnyestaya çatdı

Barcelona Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə Lyon-la qarşılaşıb.

Goal.az xəbər verir ki, qolsuz bərabərə bitən matç Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu matçda da iştirak edərək, Çempionlar Liqasında Barcelona ilə 130-cu oyununa çıxıb. O, bu göstərici ilə Barcelona-nın sabiq üzvü Andres İnyestaya çatıb. Hər iki futbolçu ÇL-də 130 oyun keçirib.

Barcelona formasıyla sözügedən turnirdə ən çox forma geyinən futbolçu isə Xavidir. İspan yarımmüdafiəçi Kataloniya təmsilçisiylə 151 görüşə çıxıb.

Barcelona ilə Lyon arasındakı cavab matçı martın 13-də keçiriləcək.