Bakıda Avropa İttifaqının dəstəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək


Digərləri 20 Fev 2019 17:11:00 189 0

Bakıda Avropa İttifaqının dəstəyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Fevralın 22-də Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" layihəsi çərçivəsində konfrans keçiriləcək.

DSK-dan Son.az-a verilən məlumata görə, layihənin əsas məqsədi ölkədə iqtisadi islahatların həyata keçirilməsi və monitorinqi prosesində tələb olunan daha keyfiyyətli statistik məlumatlarla istifadəçiləri təmin etmək üçün Dövlət Statistika Komitəsinın potensialının gücləndirilməsidir. Buna nail olmaq üçün milli statistika sisteminin beynəlxalq və Aİ standartlarına tam uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. 

Konfransda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və layihə üzrə Aİ-nin tərəfdaş ölkələrindən biri kimi Litva Statistika Departamentinin Baş direktoru xanım Vilija Lapeniene açılış nitqi ilə çıxış edəcəklər.

Bundan əlavə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təmsilçisi "Avropa İttifaqı daxilində və xaricində yüksək keyfiyyətli statistikanın istehsalı üçün Avropanın öhdəliyi", İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev "Azərbaycanın iqtisadi inkişafını dəstəkləmək üçün yüksək keyfiyyətli statistik məlumatlara artan ehtiyaclar", Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdövsi Fikrətzadə isə "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yüksək keyfiyyətli statistikanın vacibliyi" mövzusunda çıxış edəcəklər.