Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas:


Digərləri 20 Fev 2019 17:17:00 250 0

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas:

Göyçay rayon Mərkəzi Xəstəxanası Tibbi Şurasının növbədənkənar iclası keçirilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov deyib.

E.Bilalovun sözlərinə görə, iclas fevralın 12-də xəstəxanada qadının abort zamanı dünyasını dəyişməsi ilə bağlı keçirilib: "İclasda həmin hadisənin baş verməsi ciddi pislənib. Sonda Şuranın qərarı elan olunub.

Qərara görə, qadını abort edən həkim-ginekoloq Roza Babayeva işdən çıxarılıb. Bundan başqa, xəstəxananın ginekologiya şöbəsinin müdiri əvəzi Leyla Əliyeva tutduğu vəzifədən azad olunub".

Xatırladaq ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə hamilə vəziyyətində daxili qanaxma ilə qəbul olunub. Qadın müayinə olunandan sonra məcburi aborta götürülüb. N.Əliyeva abort zamanı xəstəxanada dünyasını dəyişib.