Sarri nə qədər təzminat alacaq?


İdman 20 Fev 2019 17:16:00 238 0

Sarri nə qədər təzminat alacaq?

Maurisio Sarrinin Сhelsea-dan göndəriləcəyi təqdirdə nə qədər kompensasiya alacağı aşıqlanıb.

Goal.az The Times nəşrinə istinadən xəbər verir ki, italiyalı təqribən 5 milyon funt (5,7 milyon avro) alacaq. Bu məbləğ Sarrinin klubda illik qazancına bərabərdir. London təmsilçisi Liqa kubokunun finalında Manchester City-yə uduzsa, Sarrinin istefası qaçılmaz olacaq. “Zadəganlar” baş məşqçi postuna əsas namizədləri müəyyənləşdirib: Real-ın sabiq çalışdırıcısı Zinədin Zidan və ya londonluların eks- futbolçusu Frenk Lempart. Sarrinin köməkçisi Canfranko Dzola da “sükan” arxasına keçə bilər.