"Şikayət etmək Real-ın taktikasıdır" - Pike


İdman 20 Fev 2019 16:50:00 208 0

"Şikayət etmək Real-ın taktikasıdır" - Pike

Barcelona-nın futbolçusu Jerar Pike, İspaniya mətbuatına maraqlı açıqlama verib.

Goal.az xəbər verir ki, ispan müdafiəçi, əzəli rəqibləri Real-ın hər şeydən şikayətçi olduğunu deyib:

Barcelona-nın basketbol komandası Real-ı məğlub edərək, kubokun sahibi oldu. Bununla qürur duyuruq. Real illərdir hər şeydən şikayətçidir. Bu qədər narazılıq edəcəklərinə, oyunlarına baxsınlar. Futbolda, basketbolda, hər şeydən şikayət edirlər. Bircə, həndbol və xokkeydə şikayətçi deyillər. Şanslıyıq ki, o oyunlarda narazılıq etmirlər. Şikayət etmək Real-ın həmişə taktikası olub. Artıq buna aludə olublar. Ancaq hakimlərdən şikayətçidirlər. Biz isə oyunçularımıza güvənirik və onlarla qürur duyuruq”.

Basketbol üzrə İspaniya kubokunun finalında Real və Barcelona qarşılaşıb. Real bu qarşılaşmada əlavə vaxtda məğlub olub. Matçdan sonra Madrid təmsilçisi rəsmi saytı vasitəsilə hakim səhvinin olduğunu və Basketbol Federasiyasından üzr istəməsini tələb etmişdi.