UNEC tələbələrinin məqaləsi SCOPUS-da


Digərləri 20 Fev 2019 16:37:04 185 0

UNEC tələbələrinin məqaləsi SCOPUS-da

Jurnalın SCOPUS tərəfindən hesablanan 2017-ci il üçün impakt faktoru 0.53-dür və Q3 kateqoriyasında yer alır.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Mehin Əmiraslanova, Nigar Bəkirova və Nərmin Eynizadənin həmmüəllifi olduqları “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz (Determinants of housing prices in Baku: empirical analyses)” mövzusunda tədqiqat işi SCOPUS və Web of Science məlumat bazasına daxil olan International Journal of Housing Markets and Analyses (ISSS 1753-8270) jurnalında dərc olunub. Universitetdən Trend-ə verilən məlumata görə, jurnalın SCOPUS tərəfindən hesablanan 2017-ci il üçün impakt faktoru 0.53-dür və Q3 kateqoriyasında yer alır.