Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas keçirildi, həkim işdən çıxarıldı


Digərləri 20 Fev 2019 16:23:00 189 0

Göyçay Xəstəxanasında ölən qadınla bağlı iclas keçirildi, həkim işdən çıxarıldı

Göyçay rayon Mərkəzi Xəstəxanası Tibbi Şurasının növbədənkənar iclası keçirilib.

Bakı. Samir Əli - Göyçay rayon Mərkəzi Xəstəxanası Tibbi Şurasının növbədənkənar iclası keçirilib. Bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov deyib. E.Bilalovun sözlərinə görə, iclas fevralın 12-də xəstəxanada qadının abort zamanı dünyasını dəyişməsi ilə bağlı keçirilib: "İclasda həmin hadisənin baş verməsi ciddi pislənib. Sonda Şuranın qərarı elan olunub. Qərara görə, qadını abort edən həkim-ginekoloq Roza Babayeva işdən çıxarılıb. Bundan başqa, xəstəxananın ginekologiya şöbəsinin müdiri əvəzi Leyla Əliyeva tutduğu vəzifədən azad olunub".