“Şöhrət zalı”na daxil ediləcək şəxslərin adı bilindi


İdman 20 Fev 2019 16:12:00 242 0

“Şöhrət zalı”na daxil ediləcək şəxslərin adı bilindi

İtaliya futbolunun “Şöhrət zalı”na daxil ediləcək şəxslərin adı açıqlanıb.

Goal.az Football İtalia nəşrinə istinadən xəbər verir ki, “Şöhrət zalı”na 3 futbolçunun adı salınacaq. Bunlar Roma-nın sabiq kapitanı Françesko Totti, Napoli-nin keçmiş futbolçusu Amadeo Amadeu və İnter-in əfsanəsi Xavyer Zanettidir. Məşqçilərdən isə Juventus-un indiki çalışdırıcısı Massimiliano Alleqri, İtaliya milisinin və Roma-nın eks-baş məşqçisi Cüzeppe Viani bu şərəfə layiq görülüb. İtaliyalı hakim Nikola Riççoli də “Şöhrət Zalı"nda yer alacaq.

Rəsmi mərasim may ayında keçiriləcək.