Məşhur dizaynerin ölümü onları sevindirdi


Digərləri 20 Fev 2019 16:09:00 206 0

Məşhur dizaynerin ölümü onları sevindirdi

Xəbər verdiyimiz kimi, "Chanel"in kreativ direktoru, dünyaca məşhur dizayner Karl Laqerfd vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onun ölümündən sonra bir çox dünya ulduzu Karlla bağlı fotolar paylaşıb.

Onlardan biri də heyvan haqları müdafiəçisi olan təşkilat "Peta"dır. Təşkilatın rəsmi səhifəsindən edilən paylaşımda "Karlın bu dünyadan gedişi kürk və ekzotik dərilərin istifadəsinin sonu deməkdir. Böyük düşmənimizin sevənlərinə baş sağlığı verir və səbr diləyirik" - deyə, yazı yer alıb.